Menu

Mirmahmud Mirəlioğlu da deputat olmaq istəyir – Şansı az deyil, amma...

12.07.2024, 17:01
Mirmahmud Mirəlioğlu da deputat olmaq istəyir – Şansı az deyil, amma...

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu növbədənkənar parlament seçkilərində iştirak etmək qərarını verib.

“AzPolitika” xəbər verir ki, artıq o, sənədlərini Dairə Seçki Komissiyasına təqdim edib.

M.Mirəlioğlu KXCP-nin 1 sentyabrda keçiriləcək növbədənkənar seçkilərdə iştirakla bağlı qərar qəbul etdiyini, bu günlərdə namizədlər siyahısını açıqlayacağını bildirib.

Qeyd edək ki, ötən seçkilərdə 43 saylı Seçki Dairəsindən Emin Hacıyev deputat seçilib. Onun yenidən namizədliyini irəli sürüb-sürməyəcəyi haqda məlumat yoxdur. Görünür, E.Hacıyev də digər müstəqil namizədlər kimi hakim partiyanın seçki siyahsının açıqlanamasını gözləyir.

Məlumatlı mənbələr KXCP sədrinin mandat almaq şansının az olmadığını bildirirlər. Gələn həftə vəziyyət tamamilə aydınlaşdıqdan sonra M.Mirəlioğlunun deputat olub-olmayacağı haqda daha dəqiq proqnoz vermək mümkün olacaq.

“AzPolitika.info”

Şərhlər

Yaqub 2024-07-12 17:05:45

İndiyədək namizədliyini verməyənlər, guya "hələ düşünənlər" yalnız yuxarıdan razılığa ümid edirlər. "Olmaz" tapşırığı gəlsə quzu kimi növbəti seçkini gözləyəcəklər. Hamısı bu...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol