Menu

Türkiyədə qırmızı bülletenlə axtarılan terrorçular zərərsizləşdirilib

14.07.2024, 09:53
Türkiyədə qırmızı bülletenlə axtarılan terrorçular zərərsizləşdirilib

Türkiyənin Mardin vilayətinin Dargeçit çölündə qırmızı bülletenlə axtarışda olan 2 terrorçu zərərsizləşdirilib.

"Report" xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya "X" səhifəsində bildirib.

Jandarma və polisin birgə həyata keçirdiyi "Bozdoğan-50" əməliyyatı ilə zərərsizləşdirilən terrorçulardan biri "Herekol" kod adlı Taner Öğmendir.

Digər terrorçunun kimliyi müəyyənləşdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol