Hindistan Ukrayna Prezidenti Volodimir Zelenskinin Hindistanın Baş naziri Narendra Modinin Vladimir Putinlə görüşünü tənqid etməsi səbəbilə Ukrayna səfirini XİN-ə çağırıb.
“AzPolitika” xəbər verir ki, bu barədə “The Economic Times” məlumat yayıb.
“Bu, Dehlinin Zelenskinin baş nazirlə bağlı şərhlərindən və Ukraynanın mövqeyindən narazılığını açıq şəkildə göstərir”, - nəşr yazıb.
Bu arada Zelenskinin açıqlamalarına etiraz əlaməti olaraq, Hindistanın Ukrayna ilə mədəniyyət üzrə birgə işçi qrupunun görüşünü təxirə saldığı da məlum olub.
Qeyd edək ki, ötən həftə Zelenski Modinin Putinlə görüşünü tənqid edərək, bunu “sülh səylərinə sarsıdıcı zərbə” adlandırıb: "Dünyanın böyük demokratiyasının liderinin Moskvada dünyanın ən bədnam cinayətkarını qucaqladığını görmək çox kədərlidir".
Xatırladaq ki, Narendra Modi ötən həftə Moskvada olub. Danışıqlar zamanı Hindistan vətəndaşlarının Rusiya ordusundan azad edilməsi(!) məsələsi Putinlə müzakirə edilən mövzular arasında olub. Bu, o deməkdir ki, Rusiya Hindistan vətəndaşlarını da orduya cəlb edib. Modi müharibə zamanı öldürülən uşaqlarla da bağlı açıqlama verib.
“AzPolitika.info”


Şərhlər