Rusiya cəbhədə Ukrayna üzərində gündəlik mərmi istifadəsi sayındakı əzici üstünlüyünü tədricən itirir.
“AzPolitika” xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahındakı mənbəyə istinadla məlumat yayıb.
Qeyd edilir ki, əgər əvvəllər ruslar gündə 70 minə yaxın, Ukrayna isə 10 minə yaxın döyüş sursatı, mərmi istifadə edirdisə, indi ukraynalı müdafiəçilər 15 min, Rusiya Federasiyası isə 45 min mərmi istifadə edir.
Eyni zamanda, nəşrin məlumatına görə, ruslar gündə təxminən 1300 FPV dronundan istifadə edirlər. Lakin ukraynalı müdafiəçilərin imkanları daha geniş, onlardan istifadə sayı daha çoxdur.
Daha əvvəl məlum olub ki, təkcə Çexiya iyul və avqust aylarında Ukraynaya 50 min, sentyabrdan isə ayda 80 mindən 100 minə qədər döyüş sursatı göndərəcək.
“AzPolitika.info”


Şərhlər