Menu

“Naxtel” Azərbaycanı əhatə etməyəcək

08.12.2014, 09:37
“Naxtel” Azərbaycanı əhatə etməyəcək

Naxçıvan Muxtar Respublikasının (NMR) “Naxtel” CDMA standartlı simsiz rabitə operatoru bütün Azərbaycan ərazisində xidmət göstərməyəcək.

NMR-ın Rabitə və İnformasiya Texnologiyaları Naziri Rövşən Məmmədovun verdiyi məlumata görə, şirkətin prioritet planları arasında Muxtar Respublikada LTE şəbəkəsinin yerləşdirilməsidir.

“Operatorun bütün Azərbaycan ərazisində xidmət göstərəcəyi haqqında gedən söhbətlər həqiqətə uyğun deyil, və xidmət, əvvəlki kimi, Naxçıvan Muxtar Respublikasının ərazisində göstəriləcəkdir”, deyə Məmmədov bildirib. /Trend

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol