“Security Operation Services” (“SOS”) MMC-də 22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistlər və media rəhbərləri ilə görüş keçirilib.
“AzPolitika” xəbər verir ki, əvvəlcə şəhid jurnalistlər və Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən “SOS” MMC-nin rəhbəri Anar Məmmədov jurnalistləri peşə bayramı münasibətilə təbrik edib, mətbuatla əməkdaşlıqdan məmnunluğunu dilə gətirib.
Daha sonra "Mədəniyyət TV"-nin rəhbəri Dilarə Səlim, "AzPolitika.info"-nun baş redaktor müavini İsmayıl İsmayılbəyli, "Bakupost" saytının baş redaktoru Elçin Zahidoğlu, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və "Xalq qəzeti"nin baş redaktoru Əflatun Amaşov çıxş ediblər. Tədbirdə çıxış edən media nümayəndələri jurnalistlərə göstərdiyi diqqət və qayğıya görə "SOS" MMC-nin rəhbərliyinə təşəkkür edib, uğurlar arzulayıblar.
Ardınca A. Məmmədov “SOS”-la əməkdaşlıq edən, onun fəaliyyətini, həyata keçirdiyi sosial layihələri dəstəkləyən KİV nümayəndələrinə mükafat təqdim edib.Həmçinin vəzifələrini yerinə yetirərkən şəhid olan jurnalistlər Sirac Abışov və Məhərrəm İbrahimovun qardaşlarına yaradıcı fəaliyyətlərinə görə mükafat verilib.
Qeyd edək ki, “SOS” MMC müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən peşəkar mühafizə xidmətidir. Uğurlu fəaliyyəti və sosial layihələrdə fəal iştirakı ilə seçilən “SOS” MMC 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvlərinin və müharibə iştirakçılarının məşğulluğunun təminatına daim dəstək olur.
"AzPolitika.info"













Şərhlər