Menu

"Ölkədaxili pul köçürmələrində 60-70 % azalma var" - “Azərpoçt”

22.07.2024, 20:45
"Ölkədaxili pul köçürmələrində 60-70 % azalma var" - “Azərpoçt”

Bir neçə il əvvəl ilə müqayisədə “Azərpoçt” MMC-nin poçt şöbələri vasitəsilə ölkədaxili pul köçürmələrində 60-70 %-lik azalma mövcuddur.

“Report” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında “Azərpoçt” MMC-nin əməliyyat departamentinin direktoru Asiman Əliyev “Asan radio”da yayımlanan “Rəqəmsal Dialoq” verilişində deyib.

“Bu onu göstərir ki, bu əməliyyat növü insanlar arasında artıq o qədər də aktual deyil. Əsasən pandemiya dövründə qapanma şəraitində insanların daha çox kartdan karta əməliyyatlarına meyllənməsi müşahidə edildi. Bu da bizim daxili pul köçürmələri üçün təsirsiz ötüşmədi” ,- deyə o qeyd edib.

A.Əliyev 2022-ci ildən başlayaraq Rusiyadan Azərbaycana pulköçürmə istiqamətində yeni vasitə təqdim edilib: "Vətəndaşlar “Granat” pulköçürmə sistemi vasitəsilə köçürülən pul vəsaitlərini poçt şöbələrindən də ala bilərlər".

Şərhlər

Vətəndaş 2024-07-22 21:46:43

Pul köçürmələri qara yollarla gedir, ona görə də azalıb. Vergilər nazirliyinin bəzi əməkdaşları sahibkarlarla maddi maraq zəminində "sövdələşmə " qurub vergidən yayınmağa şərait yaradırlar. Yaxşı olar ki, vergi orqanlarında xidmət edənlər arasında ciddi əməliyyat tədbirləri keçirsinlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol