Menu

SÜNİ İNTELLEKTDƏ NEÇƏNCİ İNQİLAB BAŞ VERİB?

23.07.2024, 10:13
SÜNİ İNTELLEKTDƏ NEÇƏNCİ İNQİLAB BAŞ VERİB?

Etibar ƏLİYEV, millət vəkili

Sənayedə 4 inqilab baş verib. Biz 4-cü Sənaye inqilabı dövründə yaşayırıq.

Bəs süni intellektdə neçə inqilab baş verib? Və biz haradayıq?

2017-ci ildə sakit bir inqilab baş verdi. Google DeepMind kompaniyasının işlədiyi AlphaZero proqramı dünyada ən güclü Stockfish proqramını məğlub etdi. AlphaZeronun qələbəsi bütün dünyanı heyrətə gətirdi: Məğlubiyyətsiz 28 qələbə, 72 heç-heçə. Bir ildən sonra isə bu proqram öz ustalığını bir daha göstərdi. Stockfish-ə qarşı oynanılan 1.000 oyunda 156 qələbə, 6 məğlubiyyət və yerdə qalan oyunlar heç-heçə ilə nəticələndi. İnqilabdır: bir şahmat proqramı digərini məğlub etdi.

AlphaZero adi şahmat proqramıdır. Əvvəlki proqramlar insan təcrübəsi, bilik və proqramlardan istifadə edirdi. Bu proqramların əsas üstünlüyü çoxsaylı gediş variantlarını qiymətləndirməyə imkan verən nəhəng hesablama gücüdür. AlphaZero isə əksinə insanlarla ünsiyyətdə proqramlaşdırılmış gedişlərdən, kombinasiya, yaxud strategiyalardan istifadə etmir. Bu, süni intellektin özünüöyrətməsidir. Bu proqrama şahmatda oyun qaydaları daxil edilib və ona strategiyanı işləmək tapşırığı verilib ki, maksimum qələbə, minimum məğlubiyyəti təmin etsin. İndiyə qədər bir şahmatçı belə AlphaZeroya qəlib gələ bilməyib.

AlphaZeronun istifadə etdiyi taktika isə qeyri-ordinardır. İnsanlar vəzir də daxil omaqla fiqurları qurban vermələrini həyati əhəmiyyət hesab etdikləri halda, bu proqram fiqurları qurban verməkdən “qorxmur”. Proqramın təəccüb doğuran taktikası maraqlıdr. Özünün təcrübəsi hesabına edilən gedişlər böyük ehtimalla qələbəyə aparır. AlphaZero stili insanı şahmatı daha dərindən öyrənmək üçün ayıltdı. Bu proqram insan ağlına sığmayan öyrənmə prosesinin gedişində məxsusi təcrübədən itifadə etməklə sərbəst şəkildə gedişləri seçir və böyük ehtimalla qələbə çalır.

Şahmat üzrə qrossmeystrlərdən biri bu oyunu “fərqli ölçüdə şahmat ”adlandırmışdı. Dünyanın nəhəng şahmatçıları gördülər ki, süni intellekt öyrənməyə sərf etdiyi zamanı fövtə verməyib: oyunun hüdudlarını tədqiq edə bilib.

Şərhlər

Mubariz 2024-07-23 12:28:46

AzPolitika ,xahiş edirəm məlumatı düzgün çatdırın ,bunlar artıq deputat deyillər ,özlərini buraxıblar və seçki təyin olunub ,bunlar indi sabiqlər kateqoryasındadır .

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol