Menu

Müharibə ukraynalıları çox yorub - Ərazi güzəştlərilə razılaşanların sayı artıb

23.07.2024, 13:01
Müharibə ukraynalıları çox yorub - Ərazi güzəştlərilə razılaşanların sayı artıb

Müharibənin üçüncü ilində ukraynalıların bu savaşdan yorulduğu getdikcə daha aydın şəkildə özünü büruzə verməyə başlayıb.

“AzPolitika” Ukrayna KİV-inə istinadla xəbər verir ki, 2024-cü ilin mayına olan məlumata görə, respondentlərin 32%-i hesab edir ki, tezliklə sülhə nail olmaq və müstəqilliyini qorumaq üçün Ukrayna öz ərazilərinin bir hissəsindən imtina edə bilər.

Eyni zamanda, əksəriyyət (55%) Rusiyaya istənilən ərazi güzəştinə qarşı çıxıb. Bu barədə Kiyev Beynəlxalq Sosiologiya İnstitutu(KIIS) sorğu nəticələrinə istinadla məlumat yayıb. Xəbərdə bildirilir ki, iyul ayı üçün güzəştə getməyə razı olanların sayının daha da artdığı güman olunur.

Sosioloqların qeyd etdiyi kimi, 2022-ci ilin mayından 2023-cü ilin may ayına qədər vəziyyət nisbətən sabit olub: respondentlərin təxminən 8-10%-i ərazi güzəştlərinə hazır idi, mütləq əksəriyyəti – 82-87%-i isə ardıcıl olaraq güzəştlərə qarşı çıxırdı.

2023-cü ilin may ayından sonra ərazi güzəştlərinə hazır olanların payında tədricən artım müşahidə olunur. Beləliklə, 2023-cü ilin sonuna güzəştə getmək istəyi 19%-ə, 2024-cü ilin fevralında 26%-ə, 2024-cü ilin mayında 32%-ə yüksəlib.

“AzPolitika.info”

Şərhlər

Vaqif Vəfalı 2024-07-23 17:11:32

Kreml ekonomları Qorbaçovla SSRİnı, VHM, SB və SЭВi ÖZƏLnasist *qərb*ə satdıqları kimi, Zelenski də Ukrayna büdcəsinə bərpa üçün RF valyuta ehtiyatından yüz milyard ABŞ dolları tranş-təzminatla MDB, Slavyan və RF ilə ittifaqa də girə bilər. Din-Protestant, Slavyan, ya qəsbəryan sonrakı razılaşmalarla, 10.11.2020 tarixli *Açıq Sülh Yolu* razılaşması kimi həll edilə bilər???

RR 2024-07-23 16:56:06

Bosh yazi !!! hec kim erazisini doqma yurdunu yorqunculuqdan satmaz !!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol