Menu

Ermənistan ordusunda islahatları kim aparır? - Sabiq nazir açıqladı

24.07.2024, 14:31
Ermənistan ordusunda islahatları kim aparır? - Sabiq nazir açıqladı

Son zamanlar Ermənistan ordusunda islahatlar aparılması bu ölkənin siyasi sferasında aparıcı mövzulardan birinə çevrilib.

“AzPolitika” Ermənistan KİV-inə istinadla xəbər verir ki, hazırda Paşinyan hakimiyyətinə müxalifətdə olan Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan orduda aparılan islahatları tənqid edib.

Keçmiş nazir deyib: “Heç vaxt orduda olmayanlar, bir gün də xidmət etməyən insanlar orduda islahatlarla məşğuldurlar”.

Karapetyanın sözlərinə görə, “əgər insan velosiped sürməyi bilmirsə, bu velosipedi modernləşdirə bilməyəcək”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol