Menu

“Rusiya və Çinsiz real sülh danışıqları olmayacaq” - Petr Pavel

25.07.2024, 17:48
“Rusiya və Çinsiz real sülh danışıqları olmayacaq” - Petr Pavel

Rusiya və Çin masa arxasında olmasa, Ukraynadakı müharibə ilə bağlı heç bir sülh razılaşması əldə etmək mümkün olmayacaq. 

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu Çexiya Prezidenti Petr Pavel deyib.

Onun sözlərinə görə, Çin kimin ən böyük orduya və ya iqtisadi gücə malik olmasından çox, qaydalara əsaslanan dinc dünya üçün daha çox məsuliyyət daşımalıdır.

Pavel bu ilin sonunda, bəlkə də gələn ilin əvvəlində münaqişədə müəyyən dəyişiklik gözlədiyini ifadə edib. Çexiya prezidentinin fikrincə, ABŞ-dəki prezident seçkiləri başda olmaqla, mühüm ölkələrdə keçiriləcək seçkilər hadisələrin gələcək inkişafına həlledici təsir göstərə bilər. O, hər iki döyüşən tərəfin müharibədən yorulmasının da önəmli amil olduğunu qeyd edib.

Eyni zamanda, Çexiya lideri hesab edir ki, Rusiya danışıqlara indiyə qədər olduğu kimi, faktiki olaraq Ukraynanın təslim olması üçün şərtlər irəli sürməklə yanaşsa, bu danışıqların mənası olmayacaq: "Ancaq Rusiya və Çin olmadan masa arxasında heç bir real sülh danışıqları olmayacaq".

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol