Menu

Tramp və Harris arasında səs fərqi minumuma enib – Son anket nəticələri açıqlandı

26.07.2024, 13:27
Tramp və Harris arasında səs fərqi minumuma enib  – Son anket nəticələri açıqlandı

ABŞ vitse-prezidenti Kamala Harris və Respublikaçıların prezidentliyə namizədi, keçmiş ABŞ lideri Donald Tramp arasında keçirilən son seçki sorğusunun nəticələri açıqlanıb.

“AzPolitika” xəbər verir ki, sorğunun nəticəsinə görə, noyabrda keçiriləcək ABŞ prezidentliyi uğrunda mübarizə aparacaq əsas iki namizəd arasında səs fərqi 1 %-ə düşüb.

Belə ki, 22-24 iyul tarixlərində 1142 ABŞ vətəndaşı arasında keçirilən soğruda prezident seçkilərində Trampa səs verəcəklərini deyənlərin nisbəti 48, Harrisə səs verəcəklərini deyənlərin nisbəti isə 47 faiz olub.

Siyasi müşahidəçilər ABŞ Prezidenti Co Baydenin iyulun 19-da yarışdan çəkilmək qərarından sonra onu əvəz edən Kamala Harrisin bir həftədən az müddət ərzində Trampla aradakı fərqi 1 faizə endirə bilməsini indiki mərhələdə böyük uğur hesab edirlər.

Xatırladaq ki, iyunun 27-də Bayden və Tramp arasında keçirilən eyni sorğuda ABŞ liderinin Trampdan 6 faiz arxada olduğu məlum olmuşdu.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol