Menu

“Ukrayna ərazisinin 25 faizini itirəcək” - Səfir

26.07.2024, 13:46
“Ukrayna ərazisinin 25 faizini itirəcək” - Səfir

“İşğalçı qüvvələr çıxarılmadan atəşkəs əldə olunacağı təqdirdə Ukrayna ərazisinin 25%-i Rusiyanın nəzarətində qalacaq”.

“AzPolitika” xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar “Euronews” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, hadisələrin bu cür dönüşü Rusiyaya “öz imkanlarını gücləndirmək və Ukraynaya hücumları bərpa etmək üçün vaxt verəcək”: “Bir çox ölkələr atəşkəs ideyasını irəli sürüblər, lakin heç kim bunun nə demək olduğunu düşünmür”.

Bodnar Rusiya işğalı probleminin həlli üçün beynəlxalq hüquq çərçivəsində Ukraynanın ərazi bütövlüyünün qorunmasının vacibliyini vurğulayıb: "Heç bir başqa təklif nəzərə alınmamalıdır. Bizim sülhə nail olmaq üçün üsullarımız çox sadədir: Rusiya qoşunlarının çıxarılması və beynəlxalq hüququn qorunması”.

NATO-ya mümkün üzvlükdən danışan Bodnar deyib ki, Ukrayna Rusiyanı təxribata çəkmək və ya geosiyasi dəyişikliklər yaratmaq niyyətində deyil, məqsəd yalnız təhlükəsizlik və davamlı sülhdür: “NATO ən azı kağız üzərində müasir dünyanın təhlükəsizlik ehtiyaclarını ödəyə bilən yeganə qurumdur”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol