Menu

“Almaniyanın tarixini xatırlamaq lazımdır” – Sabiq Prezident Trampı Hitlerlə müqayisə etdi

26.07.2024, 14:56
“Almaniyanın tarixini xatırlamaq lazımdır” – Sabiq Prezident Trampı Hitlerlə müqayisə etdi

ABŞ prezidentliyinə namizəd Donald Tramp öz həyat tərzi ilə seçicilərin müəyyən təbəqəsini özünə cəlb etmək qabiliyyətinə malikdir.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu Almaniyanın keçmiş Prezidenti Yoahim Qauk deyib.

“BİLD” nəşri yazır ki, Qauk ABŞ haqqında danışarkən onun indiki durumunu Hitler Almaniyasındakı dövrlə müqayisə edib: "Almaniyanın tarixini xatırlamaq lazımdır. Bizdə almanların “fürer” adlandırdıqları bir oğlan var idi. O, mediada görünmək istedadına sahib idi ki, bu da çox effektli oldu və bütün ölkə onun ardınca getdi... Trampın seçicilərin müəyyən bir seqmentinə öz imici, həyat tərzi ilə izaholunmaz təsir qabiliyyəti var. Maliyyə dünyasının ən zirvəsindən olan bu adam, ABŞ-də kasıb, hüquqsuz protestant xristianların xilaskarı kimi çıxış edir. Bu, olduqca müəmmalıdır”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol