Menu

Qırğızıstanda MDB ölkələrindən birində terror aktı hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb

27.07.2024, 09:16
Qırğızıstanda MDB ölkələrindən birində terror aktı hazırlamaqda şübhəli bilinən şəxs saxlanılıb

MDB ölkələrindən birinin ərazisində terror aktı hazırlamaqda şübhəli bilinən şəxs Qırğızıstanda saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə Mərkəzi Asiya ölkəsinin Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DMTK) mətbuat xidməti məlumat yayıb.

“DMTK tərəfindən həyata keçirilən antiterror tədbirləri zamanı beynəlxalq terror təşkilatının üzvü olan Qırğızıstan Respublikası vətəndaşı saxlanılıb və istintaq təcridxanasına yerləşdirilib. O, gizli terror qruplaşmasının tərkibində MDB ölkələrindən birində terror aktı təşkil etməyə hazırlaşmaqda şübhəli bilinir”, – məlumatda qeyd olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol