Menu

"İsrail kəşfiyyatının Haniyəni Qətərdə öldürmək imkanı olub, lakin bilərəkdən İran seçilib" - KİV

01.08.2024, 10:43
"İsrail kəşfiyyatının Haniyəni Qətərdə öldürmək imkanı olub, lakin bilərəkdən İran seçilib" - KİV

İsrail kəşfiyyat xidmətləri Fələstinin radikal HAMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəni Qətərdə öldürmək imkanına malik olub, lakin siyasətçinin İrana səfəri zamanı xüsusi olaraq ona sui-qəsd etmək qərarına gəliblər.

APA xəbər verir ki, bu barədə “Jerusalem Post” qəzeti İsrail kəşfiyyat xidmətlərindəki mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, sui-qəsd üçün Tehranın mərkəzi qəsdən seçilib.

“İsrailin kəşfiyyat xidmətləri istəsəydi, Haniyəni Qətərə səfəri zamanı da yox edə bilərdi, lakin iki səbəbə görə məhz Tehran seçilib: birincisi, HAMAS liderindən xilas olmaq, ikincisi isə İranın gələcəkdə Yaxın Şərqdə vəziyyəti nə dərəcədə alovlandırmaq gücündə olduğunu yoxlamaq və xaricdən yönələn təhdidlərə verəcəyi cavabla bağlı dilemma qarşısında qoymaq məqsədilə...” - qəzet vurğulayır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol