Menu

Azərbaycanın daha bir cüdoçusu olimpiya çempionu olub

01.08.2024, 20:04
Azərbaycanın daha bir cüdoçusu olimpiya çempionu olub

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub.

"Report"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, 100 kq çəki dərəcəsində yer alan dünya çempionu final mərhələsində gürcüstanlı İlya Sulamanidze ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Kotsoyev olimpiya çempionu olub.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) olimpiadanın qızıl medalına sahib çıxıb.

Şərhlər

dadaşyev 2024-08-01 21:45:14

Halal olsun,Zelim!Qürurlandırdın bizi!

Mübariz 2024-08-01 20:37:10

Eşq olsun Osetin balasına.Osetinlər İrandilli xalqdırlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol