Menu

Azərbaycanda doğulanların sayı azalıb

02.08.2024, 23:04
Azərbaycanda doğulanların sayı azalıb

Salyanda bu il doğulan körpələrin sayı azalıb.

“Report”un Aran bürosunun məlumatına görə, cari ilin altı ayında rayonda 732 körpə dünyaya gəlib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi 12,3-dən 10,5-ə qədər azalıb.

Qeyd edək ki, doğulan körpələrin 55,2 faizi oğlan, 44,8 faizi qız olub.

Xatırladaq ki, Azərbaycanda doğulanların sayı azalıb. Belə ki, cari ilin ilk yarımilində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 41 608 doğulan körpə qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə bu göstərici azalaraq 11,1-dən 9,8-ə düşüb.

Şərhlər

Kirpi 2024-08-03 00:57:31

Uşaqlar var şərait yoxdursa. doğmayın Azərbaycan cəhənnəmdir

Rasim Quliyev 2024-08-03 00:46:21

Sahil Babayeva halal olsun

Watchman 2024-08-02 23:45:01

Qadınlara bir az da imtiyazlar verin. Doğum sayı bir az da azalsın.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol