Menu

Biləsuvarda avtomobildən xeyli miqdarda pul oğurlayan yeniyetmə saxlanılıb

10.08.2024, 19:21
Biləsuvarda avtomobildən xeyli miqdarda pul oğurlayan yeniyetmə saxlanılıb

Biləsuvar rayonu ərazisində əkin sahəsinin yaxınlığında dayanmış yük avtomobilindən 5 430 manat pulun oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

"Report"un Muğan bürosunun məlumatına görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törədən 2006-cı il təvəllüdlü İ.Salahov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol