Menu

Putin "İlin adamı" siyahısında

08.12.2014, 23:47
Putin "İlin adamı" siyahısında

Rusiya prezidenti Vladimir Putin “Time” jurnalının “İlin adamı” mükafatının namizədlər sırasına daxil edilib.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, Putin ilə yanaşı İraqın kürd bölgəsinin lideri Məsud Bərzani, “Alibaba” şirkətinin təsisçisi Cek Ma, “Apple” şirkətinin rəhbəri Tim Kuk, ABŞ Milli futbol liqasının komissarı Rocer Qudil və müğənni Teylor Sviftin adı siyahıda yer alır.

Namizədlərin adlarını NBC News telekanalının efirində “Time” jurnalının redaktoru Nensi Qibbs açıqlayıb.

"Time" jurnalı, ənənəvi olaraq, hər il sonuncu dekabr nömrəsində "İlin adamı"nı elan edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol