Bu gün Türkiyə Böyük Millət Məclisində PKK terror təşkilatı ilə əlaqələrinə və “Gəzi” parkı hadisələrinə görə həbsdə olan millət vəkili Can Atalayla bağlı keçirilən iclasda dava düşüb.
“AzPolitika” xəbər verir ki, millət vəkilləri Konstitusiya Məhkəməsinin Can Atalayın deputatlıq səlahiyyətlərini məhdudlaşdırmaqla bağlı verdiyi qərarı müzakirə etmək üçün toplaşıblar.
Parlamentdəki qarşıdurma solçu TİP Partiyasından olan millət vəkili Əhməd Şıkın çıxışından sonra yaşanıb. Belə ki, o, kürsüyə çıxaraq “Sizin utanmanız yoxdur. Həqiqət hər zaman acıdır” ifadələri Ədalət və İnkişaf Partiyasından (AK Parti-red.) olan deputatları hədəfə alıb. Millət vəkillərinin kürsüyə toplaşmasından sonra Bəkir Bozdağ iclasa 15 dəqiqə fasilə verməli olub.
Fasilədən sonra yenidən kürsüyə çıxan Ahmet Şıkyenə təxribatlarını davam etdirib və hakim partiyanın ünvanına təhqiramiz ifadələr işlədib. Şıkın bu hərəkəti cavabsız buraxılmayıb. AK Partiya millət vəkilləri yenidən kürsüyə çıxıb və Bəkir Bozdağ ikinci dəfə iclası dayandırmalı olub. Bu sırada millət vəkilləri arasında əlbəyaxa dava başlayıb.
Ancaq Şık təhqirlərini davam etdirib. Onu dayandıran isə AK Partiya millət vəkili Alpay Özalanın yumruğu olub. Özalan Ahmet Şıkı yumruqlayıb. Qarşıdurmada PKK terror təşkilatına dəstək verən DEM Partiyasının üzvü Gülistan Koçyiğit və CHP üzvü Okan Konuralp da yaralanıblar.
Daha sonra prosesə yenidən 15 dəqiqə fasilə verilib.
“AzPolitika.info”


Şərhlər