Menu

Sadiq Qurbanov seçicilərlə görüşlərini davam etdirir - Namizəd şəhidin dəfn mərasiminə qatıldı

17.08.2024, 10:03
Sadiq Qurbanov seçicilərlə görüşlərini davam etdirir - Namizəd şəhidin dəfn mərasiminə qatıldı

Yeni Azərbaycan Partiyasının (YAP) 1 sentyabrda Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərində 64 saylı Salyan seçki dairəsindən namizədi Sadiq Qurbanov seçiciləri ilə görüşlərini davam etdirir.

"AzPolitika" xəbər verir ki, bu barədə namizəd "Facebook" səhifəsində məlumat paylaşıb.

Qeyd olunur ki, deputatlığa namizəd rayon ziyalıları, şəhid ailələri ilə birlikdə Salyan rayonunun Xələc və Abad, Yolüstü, Yeni Uluxanlı və Düzənlik kəndlərinin seçiciləri ilə görüşüb.

S.Qurbanov həmçinin Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan, qalıqları aşkar edilmiş şəhid Yarıyev Qənbər Teymur oğlunun Salyan rayonunun şəhidlər xiyabanında keçirilən vida mərasimində iştirak edib.

"Ulu Öndər Heydər Əliyevin ideyaları, cənab Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti xalqımız tərəfindən tam dəstəklənir.

“Yeni dövrə Yeni Azərbaycanla” ideyasını dəstəkləyən 64 saylı Salyan seçki dairəsindən olan seçicilərimə göstərdikləri diqqət və səmimiyyətə görə bir daha dərin təşəkkürümü bildirirəm", - S.Qurbanov sosial şəbəkə gesabında yazıb.

"AzPoltika.info"

Şərhlər

Watchman 2024-08-17 11:17:21

Seçiləndən sonra seçicilər və şəhidlər yada düşmür. Məclisdə oturub mürgü vururlar...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol