Menu

Rusiyaya Kurskda nə qədər qoşun lazımdır? – Hərbi ekspert açıqladı

17.08.2024, 16:50
Rusiyaya Kurskda nə qədər qoşun lazımdır? – Hərbi ekspert açıqladı

Rusiyanın Ukrayna qoşunlarının Kursk vilayətindəki hücumunu lokallaşdırmaq üçün 100 minə yaxın canlı qüvvəyə ehtiyacı var.

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Quru Qoşunlarının Ehtiyat Qüvvələr Şurasının rəhbəri İvan Timoçko “RBC-Ukrayna”-ya şərhində deyib.

Ekspert qeyd edib ki, “mobil müharibə” apararkən çoxlu texnikadan istifadə etmək lazımdır. Hazırda Kurskda Ukraynaya qarşı duran Rusiya qüvvələri isə bu hücuma qədər lazımi vasitələrlə cəmi 30-40% təmin olunmuşdu: “Qalan hər şey Ukrayna cəbhəsindədir”.

Timoçko qeyd edib ki, Kursk vilayətində yüksək keyfiyyətli müdafiə qurmaq üçün düşmən çoxlu canlı qüvvə cəlb etməlidir: “Gəlin ondan başlayaq ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsində hücumunun dayandırılması üçün oraya on minlərlə əlavə hərbi qulluqçu göndərilməlidir. Yüksək keyfiyyətli müdafiə qurmaq və hücumu tam dəf etmək üçün isə onlara 50 mindən 100 min nəfərə qədər şəxsi heyət lazımdır. Özü də indiki kimi qarışıq qüvvələr yox, tam komplektləşmiş xətti briqadalar olmalıdır”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol