Menu

Rus qoşunları Pokrovska yaxınlaşır - Şəhər evakuasiya edilir

19.08.2024, 15:06
Rus qoşunları Pokrovska yaxınlaşır - Şəhər evakuasiya edilir

Rusiya işğalçı ordusu günbəgün Donetsk vilayətinin Pokrovsk şəhərinə yaxınlaşır. Artıq böyük itkilərə baxmayaraq, Rusiya birləşmələrinin şəhərə çatmasına bir neçə kilometr qaldığı barədə məlumatlar yayılır.

“AzPolitika” xəbər verir ki, Pokrovsk Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Dobryak “Azadlıq” radiosuna açıqlamasında hər gün 500-600 nəfərin şəhəri tərk etdiyini deyib. Ümumiyyətlə, Pokrovskdan dinc əhalinin təxliyəsinin sürətləndirildiyini deyən məmur insanların rahat şəkildə şəhəri tərk etməsi üçün cəmi iki həftə vaxt qaldığını qeyd edib.

Yerli hakimiyyət orqanları insanları şəhəri tərk etməyə çağırır, nə qədər ki, sakit şəkildə bunu etmək mümkündür. Hazırda şəhərdə bütün xidmətlər fəaliyyət göstərir. Lakin S.Dobryak onların işini tezliklə dayandıracağını proqnozlaşdırır: “Bu gün Pokrovskda hər şey işləyir, bütün xidmətlər, yəni su, işıq, qaz, ictimai nəqliyyat, marketlər, məhkəmələr və sair. Amma başa düşürük ki, bir həftədən sonra yavaş-yavaş hər şey yığışdırılacaq”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol