Avtomobilə yerləşdirilmiş partlayıcı maddənin işə düşməsi nəticəsində azı 5 nəfər ölüb, biri ağır olmaqla bir neçə nəfər yaralanıb
Əfqanıstanın Qəndəhar şəhərində polis məntəqəsi hücuma məruz qalıb. Avtomobilə yerləşdirilmiş partlayıcı maddənin işə düşməsi nəticəsində azı 5 nəfər ölüb, biri ağır olmaqla bir neçə nəfər yaralanıb.
ANS PRESS-in məlumatına görə, partlayışdan bir neçə dəqiqə sonra naməlum silahlılarla polis arasında atışmalar olub. Təhlükəsizlik qüvvələri polis qərargahına edilən hücumun "Taliban" terrorçu qruplaşması tərəfindən törədildiyini məruzə edib.
NATO əsgərlərinin Əfqanıstandan geri çəkilməsi fonunda son günlərdə "Taliban" silahlılarının daha da fəallaşdığı müşahidə olunur.
Bir qədər əvvəl prezident Əşrəf Qəni vəziyyətlə əlaqədar prosesin yavaşıdılmasını üçün müaricət etmişdi.


Şərhlər