Livan Hizbullahı İsrail ərazisinə raket zərbələri endirib.
"AzPolitika" xəbər verir ki, bu barədə İsrail hökumətinə bağlı “Telegram” kanalları məlumat yayıb.
Məlumatda hücumun bu gün səhər saatlarında həyata keçirildiyi vurğulanıb.
Qeyd olunub ki, atılan raketlərdən 5-i Qolan bölgəsinə düşüb və nəticədə çox sayda insan yaralanıb.
"AzPolitika.info"


Şərhlər