“İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi ABŞ-nin Ermənistandakı hərbi fəaliyyətindən açıq danışıb. Əgər bu barədə məsələ artıq açıq şəkildə aparılırsa, deməli, İranın nümayəndələri uzun müddətdir ki, şəxsi söhbətlərdə Ermənistan rəhbərləri ilə bununla bağlı danışırlar. Yəni bu məsələ Tehran üçün daha yüksək səviyyəli narahatlıqdan xəbər verir”.
“AzPolitika” xəbər verir ki, bunu politoloq Fərhad Məmmədov yazıb.

Ekspert vurğulayıb ki, bunun Ermənistan və region üçün nə demək olduğunu anlamaq üçün Paşinyan-Qriqoryan-Mirzoyan üçlüyü tərəfindən qurulan Ermənistanın yeni təhlükəsizlik sistemini başa düşmək lazımdır:
“Söhbət nədən gedir:
- Ermənistanın KTMT-yə üzvlüyü və İrəvanın imtina etməyə çalışdığı, lakin təsirli tədbirlər həyata keçirmədiyi Rusiya ilə ikitərəfli sazişlər;
- Ermənistan Qərblə (ABŞ, Aİ, Fransa) təhlükəsizlik sahəsində əməkdaşlığa başlayıb;
- Ermənistan İrandan sərhəd təhlükəsizliyi zəmanəti alıb;
- Ermənistanın hələ də Azərbaycanla sülh müqaviləsi və Türkiyə ilə normallaşması yoxdur;
- Hindistan regiona maraq göstərir və Ermənistana silah verir;
- Çin regiona göz dikib, Ermənistan ŞƏT-də statusunun artırılması üçün müraciət edib.
İndi isə resursları təhlükəsizlik sisteminin komponentlərinə uyğun təşkil etməyə çalışaq:
Diplomatiya – Ermənistanın köməkçiləri Qərb, İran, Hindistandır.
Silahlı qüvvələr - Qərb bütün gücü ilə, Hindistan, İrana silahla və Ermənistan ərazisinə fiziki daxil olmağa kömək edir.
Kəşfiyyat - Qərb resursları.
İqtisadi və siyasi sabitlik - Qərb Ermənistanı nəzərə alıb, maliyyə yardımı ayırır və Ermənistanın anti-Rusiya sanksiyalarından yan keçməsində iştirakına göz yumur.
Ümumiləşdirsək, Paşinyan tərəfdarlarının qeyd etdiyi təhdidləri də gündəmə gətirməliyik:
- Azərbaycan – müharibə təhlükəsi.
- Türkiyə – Azərbaycana dəstək.
- Rusiya - siyasi və iqtisadi sabitliyi pozmaq təhlükəsi, Azərbaycana dəstəkdir.
Bununla yanaşı, bütövlükdə regiona, xüsusən də Ermənistana təsir edən digər dövlətlər və qüvvələr arasındakı ziddiyyətləri də nəzərə almaq lazımdır:
• ABŞ/İsrail və İran
• Rusiyaya qarşı Qərb
• Türkiyə və Fransa
• Hindistan və Çin
• Hindistan və Pakistan
Eyni zamanda proseslərin dinamikası göstərir ki, bütün formatlarda ziddiyyətlər dərinləşir və genişlənir. Eyni zamanda, Ermənistanın tərəfdaşları arasında ziddiyyətlər və münaqişələr mövcuddur və İrəvandan mövqe nümayiş etdirmək, yəni Ermənistanın təhlükəsizlik üzrə tərəfdaşlarının münasibətlərində qığılcımlar yarananda tərəf tutmaq tələb olunur”.
Politoloq xatırladır k, Ermənistan rəhbərliyi Azərbaycana qarşı ərazi iddialarını davam etdirmək üçün müxtəlif qrup ölkələrin dəstəyini təmin etdi, lakin 2023-cü ilin sentyabrından sonra vəziyyət dəyişib: “Bu gün Ermənistan Qərblə mərc edib - görün təhlükəsizlik sisteminin komponentləri nədən ibarətdir və Ermənistan bu mövzularda kiminlə əməkdaşlıq edir… Lakin Ermənistan öz manevrlərində imkanlarının son həddinə çatır. Xamneinin Zəngəzur dəhlizinin Ermənistanın maraqlarına uyğun olmadığını deməsi birinci zərbədir. Ermənistan rəhbərliyi düşünülməmiş siyasəti ilə həm özünə, həm də bütün regiona təhlükə yaradır”.
Bəs Ermənistan üçün ən yaxşı variant hansıdır?
F.Məmmədov hesab edir ki, bildirilən təhdidlərə əsaslanaraq, Ermənistanın qarşıdurmada tərəf seçməkdənsə, müqavilələr yolu ilə onları neytrallaşdırması məqsədəuyğun olardı. Çünki Ermənistan coğrafi baxımdan sərhəddə yerləşir:
“Bu, Azərbaycan və Türkiyə istiqamətində təhlükəsizliyə fiziki təhlükəni neytrallaşdıran sülh müqaviləsinə çevrilə bilər;
Neytral status, Qoşulmama Hərəkatına üzvlük artıq Rusiyadan gələn təhlükənin neytrallaşdırılması istiqamətindədir.
Bütün bunlar Ermənistanın xarici siyasətinin proqnozlaşdırıla bilinməsi, ardıcıllığı və səmərəliliyinin əsasını qoyan yeni Konstitusiyada əksini tapa bilər. Əks halda indiki şəraitdə Ermənistanın təhlükəsizlik sahəsində istənilən fəaliyyəti Ermənistan ətrafında gərginliyi artırır və Azərbaycanı hərəkətə gətirir. Çünki sülh müqaviləsi olmadan Ermənistanın hər hansı güclənməsi onun öz təhlükəsizliyinə təhdiddir. Bakı isə silah tədarükü olanda xəbərdarlıq edir. Hər şeyin həddi var və əgər bu gün bunlar medianın səhifələrində xəbərdarlıqdırsa, o zaman proseslər Azərbaycanın Ermənistan ərazisində hərbsizləşdirilmiş zona yaratmasına gətirib çıxara bilər”.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər