Menu

Rusiya birləşmələri qadın koloniyasında gizlənib - Koloniyanın yerləşdiyi qəsəbə tam mühasirədədir

23.08.2024, 14:58
Rusiya birləşmələri qadın koloniyasında gizlənib - Koloniyanın yerləşdiyi qəsəbə tam mühasirədədir

Kursk vilayətində Ukrayna qüvvələrinə qarşı müqavimət göstərən Rusiya əsgərləri qadın qadın koloniyasında gizləniblər.

“AzPolitika” xəbər verir ki, bu barədə “BİLD” nəşri məlumat yayıb.

Xəbərdə deyilir ki, rus əsgərləri koloniyada atəş nöqtələri quraraq, Ukrayna birləşmələrindən müdafiə olunurlar. Koloniya Ukrayna sərhədindən 14 kilometr məsafədə yerləşən Malaya Loknya kəndindədir.

Qeyd olunur ki, Rusiya hərbçiləri buradakı 11 saylı qadın islah koloniyasını qalaya çevirərək Ukrayna Silahlı Qüvvələrinə şiddətli müqavimət göstərirlər. Ehtimal olunur ki, hətta koloniyanın mühafizəçiləri də onlara qoşulub.

2011-ci ildən bu yana koloniyada 10 ildən 20 ilədək müddətə azadlıqdan məhrum edilmiş 203 cinayətkar qadın saxlanılıb. Hazırda orada nə qədər məhbusun olduğu bilinmir.

Ukrayna hərbçiləri öz növbəsində alman istehsalı olan “Marder” piyada döyüş maşınlarından, PUA-lardan və digər silahlardan istifadə etməklə, koloniyaya hücum edir. Rusiya hərbi “Z-bloqerlər”inin yazdığına görə, Malaya Loknya demək olar ki, tamamilə Ukrayna bölmələri tərəfindən mühasirəyə alınıb.

Rusiya Müdafiə Nazirliyi isə bildirir ki, guya Ukrayna hərbçilərinin Malaya Loknyaya bütün hücumları dəf edilib. Onu da xatırladaq ki, Kursk əməliyyatının ilk günündə Rusiay Baş Qərargah rəisi Valeri Qerasimov Putinə məruzəsində ümumiyyətlə, Ukrayna birləşmələrinin Kursk ərazisinə girər-girməz məhv edildiyini demişdi.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol