Menu

Xüsusi təyinatlılar Volqoqrad həbsxanasına hücum etdi - Qiyam yatırıldı

23.08.2024, 18:29
Xüsusi təyinatlılar Volqoqrad həbsxanasına hücum etdi - Qiyam yatırıldı

Volqoqradda qiyam qaldırılan 19 saylı həbsxanada xüsusi əməliyyat keçirilib.

“Azpolitika” Rusiya mətbuatına istinadla xəbər verir ki, əməliyyat zamanı üç məhbus yaralanıb. Terrorçulardan biri “intihar kəməri”ni işə salmağa çalışsa da, bunu edə bilməyib.

Qeyd olunur ki, xüsusi təyinatlılara qiyamçıları diri götürmək əmri verilib. Rusiya mətbuatının yazdığına görə, hücum başa çatıb, bütün girovlar azad edilib, terrorçular zərərsizləşdirilib. Eyni zamanda media terrorçulardan birinin öldürüldüyünü, 3-nün isə yaralandığını yazır.

Xatırladaq ki, bu gün özlərini İŞİD təmsilçiləri kimi təqdim edən bir qrup məhbus Volqoqradakı 19 saylı koloniyada qiyam qaldıraraq, bir neçə həbsxana əməkdaşını qətlə yetirib və girov götürüblər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol