Menu

İsrail ordusunun son 48 saatda Qəzzada qətlə yetirdiyi dinc əhalinin sayı açıqlandı

24.08.2024, 17:30
İsrail ordusunun son 48 saatda Qəzzada qətlə yetirdiyi dinc əhalinin sayı açıqlandı

Son 48 saat ərzində işğalçı İsrail ordusu Qəzza zolağında 70-ə yaxın fələstinlini qətlə yetirib.

Bu barədə TASS məlumat yayıb.

"Son iki gündə işğalçı İsrail qüvvələrinin Qəzzanın müxtəlif ərazilərini atəşə tutması və bombalaması nəticəsində 69 nəfər ölüb, 212 nəfər yaralanıb", - Qəzza Səhiyyə Nazirliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, bununla da anklavda qurbanların sayı 40 334 nəfərə çatıb, daha 93 356 nəfər isə yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol