Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin sabiq rəisi, general-mayor Rəfail Mehdiyevin fəaliyyətinin yoxlanılması zamanı ciddi korrupsiya faktları aşkar edilib.
Yeni ədliyyə naziri Fərid Əhmədovun bir müddət əvvəl işdən çıxardığı Rəfail Mehdiyevlə bağlı daxili yoxlamalar aparılıb.
Bildirilir ki, Rəfail Mehdiyevin idarə rəisi olduğu bir neçə il ərzində təcridxana və cəzaçəkmə müəssisələrindəki məhbusların tibbi təminatı ilə bağlı milyonlarla manatlıq vəsait yoxa çıxıb. Xüsusilə, məhkumların müalicəsi üçün nəzərdə tutulan dərman preparatlarının böyük bir hissəsi Bakıda müxtəlif apteklərdə satılıb.
Bundan başqa, cəzaçəkmə müəssisələrindəki tibb məntəqələrinin avadanlıqlarının yenilənməsi üçün ayrılan vəsaitlər də yalnız sənədlərdə əks olunub.
Eyni zamanda, məlum olub ki, cəzaçəkmə müəssisələrinə sağlam vəziyyətdə daxil olan bəzi şəxslər sonrakı illərdə Hepatit və vərəm xəstəliklərinə yoluxublar.
Lakin nazirin Rəfail Mehdiyevlə bağlı aşkar edilən bu faktları Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə təqdim edib-etməyəcəyi hələlik məlum deyil.//Gununsesi.info

Şərhlər
Niyə Rüşvət qanunu yarı tətbiq olunur,rüşvət verən kənarda qalır? Rüşvət,.korrupsiya.yalan.büdcə yeyintisi ölkədə kütləvi hal almasının səbəi idarəçiliyin belə təşkil edilməsinin göstəricisi və təsdiqidir. Deməli hakimiyyət rüşvət verəni məsuliyyətdən kənar alamaqla bu əməllərə yaşıl işıq yandırıb.Rüşvət alma ilə həbs olunanlar isə 4-5-ci ərəəli kasıblar olur.Onlara bu tapşırığı (yığ.gətir) verənlər isə ortaya çıxarılmır.