Menu

“Hizbullah” İsrail ordusunun mövqelərinə hücum edib

30.08.2024, 10:22
“Hizbullah” İsrail ordusunun mövqelərinə hücum edib

Livanın “Hizbullah” hərəkatının silahlı qanadı pilotsuz təyyarələrlə İsrail hərbçilərinin Qolan təpələrindəki mövqelərinə hücum edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Bildirilib ki, bir neçə kamikadze dron Qolan təpələrindəki Nafah bazasına zərbələr endirib. Hücum zamanı İsrail Müdafiə Qüvvələrinin (IDF) Şimal Hərbi Dairəsinin 210-cu diviziyasının qərargahındakı bir neçə hədəf vurulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol