Aİ-nin baş diplomatı Cozef Borrerl deyir ki, Aİ-yə üzv ölkələr Gürcüstan hakimiyyətinin davranışlarından son dərəcə narahatdır.
“AzPolitika” xəbər verir ki, Borrel mətbuata açıqlamasında Gürcüstan hakimiyyətinin ölkəni Aİ üzvlüyündən uzaqlaşdırdığını söyləyib.
Diplomat qeyd edib ki, Aİ XİN başçılar son müzakirələrində Gürcüstandakı vəziyyətə də toxunublar. Aİ “Gürcü arzusu” partiyasının əsas müxalif siyasi qüvvələrin fəaliyyətini qadağan etmək niyyətindən narahatlığını bildirib. Xarici siyasət sözçüsü Peter Stano isə xəbərdarlıq edib ki, bu cür addımlar diqqətdən kənarda qalmayacaq.
Bu həftə Gürcüstanın müxalifət mediası öz mənbələrinə istinadla xəbər yayıb ki, hakim “Gürcü arzusu” partiyası pravoslavlığı dövlət dini elan etməyi planlaşdırır. Bundan əvvəl isə hakimiyyət vətəndaş cəmiyyətinin və Qərbin etirazlarına baxmayaraq, “xarici agent” haqqında qalmaqallı qanunu təsdiqləyib.
“AzPolitika.info”


Şərhlər