Menu

Azərbaycan Latviya şirkətinə qarşı tədbir görüb

30.08.2024, 13:54
Azərbaycan Latviya şirkətinə qarşı tədbir görüb

Azərbaycan Mərkəzi Bankı (AMB) Latviyanın "Sun Finance Cetral Asia AS" şirkətinin törəmə strukturu – “SF Azerbaijan” bank olmayan kredit təşkilatının (BOKT) vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.

Bu barədə tənzimləyici qurumun internet səhifəsində bildirilir.

Məlumatda deyilir ki, AMB-nin apardığı cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” qanunun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulmasına görə, İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq “SF Azerbaijan”ın vəzifəli şəxsi 2 000 cərimə olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol