Menu

Türkiyə BRICS-ə üzvlüklə bağlı ilk rəsmi açıqlama verib

03.09.2024, 18:12
Türkiyə BRICS-ə üzvlüklə bağlı ilk rəsmi açıqlama verib

Rəsmi Ankara BRİCS-ə üzvlükdə maraqlıdır.

“Report” xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu barədə mövqeyini dəfələrlə bildirib: "Bununla belə, hələ ki konkret nəticə yoxdur".

Qeyd edək ki, bu, Türkiyənin BRICS-ə üzvlük müraciəti ilə bağlı ilk rəsmi açıqlama sayılır. Daha əvvəl Türkiyənin BRICS-ə üzvlüyü ilə bağlı müraciət etdiyi barədə məlumat yayılmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol