Menu

12 ildən sonra Türkiyəyə gəlir – Ərdoğan-Sisi görüşündə nələr müzakirə olunacaq?

04.09.2024, 12:14
12 ildən sonra Türkiyəyə gəlir – Ərdoğan-Sisi görüşündə nələr müzakirə olunacaq?

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Misir Prezidenti Abdel Fattah El-Sisi Türkiyəyə rəsmi səfər edəcək.

“AzPolitika” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində Ərdoğanın fevralın 14-də Qahirəyə səfəri zamanı imzalanan Birgə Bəyannaməyə uyğun olaraq yenidən qurulan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclası keçiriləcək.

Şuranın iclasında Türkiyə-Misir münasibətləri bütün aspektlərdə nəzərdən keçiriləcək və ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün gələcəkdə atılacaq birgə addımlar müzakirə olunacaq. 

Görüşlərdə ikitərəfli münasibətlərlə yanaşı, aktual regional və qlobal problemlər, xüsusilə də İsrailin Qəzzaya və işğal olunmuş Fələstin torpaqlarına hücumları ətrafında fikir mübadiləsi aparılacaq.

Görüş çərçivəsində münasibətlərin müqavilə əsaslarının möhkəmləndirilməsinə yönəlmiş bəzi sənədlərin imzalanması da gündəmdədir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol