Menu

ABŞ səfirliyi Eynulla Fətullayevə viza vermədi – “Mənə qarşı təhqiramiz hərəkət etdilər...”

11.09.2024, 21:06
ABŞ səfirliyi Eynulla Fətullayevə viza vermədi – “Mənə qarşı təhqiramiz hərəkət etdilər...”

ABŞ-ın Azərbaycandakı səfirliyi “Haqqin.az” saytının rəhbəri, tanınmış jurnalist Eynulla Fətullayevə viza verməkdən imtina edib. Jurnalist payızda ABŞ-də keçiriləcək prezident seçkilərini işıqlandırmaq üçün Vaşinqtona və Nyu-Yorka səfər etmək niyyətinə olduğunu bildirib.

“Səfirlik birdən 2007-ci ildə həbs olunduğumu xatırladı və məhkəmə hökmlərini tələb etdi. Bu olduqca gözlənilməz oldu, çünki həbsdə olarkən ABŞ və Qərb hökumətləri məni siyasi məhbus kimi tanıdılar. Onların qısa yaddaşı mənim üçün tamamilə sürpriz oldu. Mən məhkəmə hökmlərimi, həmçinin Avropa Məhkəməsinin və Azərbaycan Ali Məhkəməsinin bəraət qərarlarını onlara təqdim etdim. Axı mən Azərbaycanda və Strasburqda tamamilə bəraət aldım, mənə qarşı bütün ittihamlar götürüldü”, - jurnalist bildirib.

E. Fətullayev iddia edib ki, səfirliyə sonuncu dəfə müraciət edərkən ona qarşı hörmətsizlik və hətta təhqiramiz rəftar ediblər.

“Məni ABŞ səfirliyinin ərazisinə buraxmadılar, məhkəmə hökmlərini götürdülər amma nədənsə pasportumu unutdular. Gülməlidir, çünki onlar 20 il əvvəlki məhkəmə hökmünə yox, pasporta möhür vururIar!” – jurnalist qeyd edib.

“Amerikalıların mesajını başa düşdüm: biz Ukraynanı deyil, Vladimir Putini dəstəkləməliyik. Mesaj alındı! Vladimir Vladimiroviçi dəstəkləyəcəm. Və mən Rusiyadan üzr istəyirəm”, – E.Fətullayevin bəyanatında deyilir.

“AzPolitika.info”

Şərhlər

Ali 2024-09-12 07:35:05

Sen Azerbaycan xalqindan uzr iste.

ƏNHU 2024-09-11 23:40:19

Ömrün dondan-dona girmək və üzr istəməklə keçdi. Dünyaya nə qəribə missiya üçün gəlmisən.

Kòhne 2024-09-11 23:31:34

ONLAR SENI DAHA YAXŞI TANIMAGA BAŞLAYIBLAR....

Əliəddin 2024-09-11 16:24:03

Özünü ZƏKA NƏHƏNGİ hesab edib, başqalarını gicbəsər hesab edirsən? Bəyəm bilmirsən ki, ABŞ diplomatları kimin hansı yuvanın quşu olduğunu anlamırlar. Çox heyf!

Tahir 2024-09-11 16:16:53

Bəli sən busan Eynulla! Şəxsi maraqların bütün maraqlarını həmişə üstələyib və bir anda müqəddəs nə varsa hamısına tüpürməyə vərdiş etmisən.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol