Dövlət Dumasına əmək miqrantları ilə bağlı yeni qanun layihəsi təqdim olunub. “AzPolitika” Rusiya KİV-lərinə istinadla xəbər verir ki, yeni qanuna əsasən, miqrantlar məktəbəqədər, orta və orta ixtisas təhsili üçün pul ödəyəcəklər.
Bu barədə Dövlət Dumasının deputatı Yaroslav Nilov “teleqram” kanalında məlumat verib: “Bu, uzun müddətdir müzakirə olunur - əcnəbi işçilərin övladlarının əksəriyyəti sadəcə olaraq eyni səviyyədə təhsil almağa hazır deyil. Onlara əsas mane olan təhsil hazırlığı (daha doğrusu, onun faktiki olmaması), rus dilindən demək olar ki, sıfır bilikləri, ərazimizdəki əsas davranış norma və qaydalarına nümayişkaranə hazır olmamaları və onların Rusiyanın ənənəvi etnomədəni matrisinə yad normalarla əvəzləmələridir”.
Açıq şovinist və qatı millətçiliyin qaynayıb-daşdığı Rusiya Dumasının üzvünün sözlərinə görə, miqrantların övladları üçün bəzi təhsil variantları qalsa belə, bu, yalnız kommersiya əsasında olacaq. Belə ki, onlardan alınan pul büdcəyə gedəcək və “daxili təhsil sisteminin tənzimlənməsinə” xərclənəcək.
Göründüyü kimi, “rus dünyası” xüsusilə də Ukraynaya qarşı işğalçılıq müharibəsi fonunda özünün əsl mahiyyətini - daxili çirkinliklərini və ətraf xalqlara qarşı nifrətini getdikcə daha çox və müxtəlif istiqamətlərdə püskürməkdə davam edir...
“AzPolitika.info”


Şərhlər