Menu

İradə Zeynalova səfir təyin edildi

13.09.2024, 20:51
İradə Zeynalova səfir təyin edildi

Azərbaycanəsilli jurnalist İradə Zeynalova Rusiyanın Mavrikidəki səfiri təyin edilib. Bununla bağlı Rusiya prezidenti Vladimir Putin sərəncam imzalayıb.Bu barədə TASS məlumat yayıb.

Qeyd edək ki, İradə Zeynalova 1972-ci ildə Moskvada anadan olub. Onun atası azərbaycanlı, anası milliyətcə rusdur. Uzun illər Rusiya mediasında aparıcı və jurnalist olaraq çalışan İ.Zeynalova 2022-ci ildə Rusiya XİN-in Diplomatiya akademiyasında təhsil aldığını açıqlayıb. O, cari ilin may ayında akademiyadan məzun olub. 

Teleaparıcı NTV-də "Həftənin nəticələri" verilişinin müəllifi və aparıcısı (2016-cı ildən), NTV televiziya şirkətinin İnformasiya Direktorluğunun informasiya-əyləncə proqramları baş redaksiyasının bədii rəhbəridir.

Bundan əvvəl o, Birinci Kanalda "Vremya" proqramının bazar buraxılışının aparıcısı olub, Birinci Kanalın Böyük Britaniya və İsraildəki müxbir bürolarının rəhbəri kimi fəaliyyət göstərib. 2021-ci ildə Zeynalova "təbliğat fəaliyyətinə" görə Ukraynanın sanksiya siyahısına daxil edilib.

Mavriki Afrikada yerləşən ada dövlətidir. Hind okeanında, Afrikaya aid edilən Madaqaskar adasından 700 km şərqdə yerləşir. Ölkənin coğrafi və hərbi strateji mövqeyi çox əlverişlidir. Çünki ada Afrikadan Hindistana, Cənub-Şərqi Asiya ölkələrinə və Avstraliyaya gedən beynəlxalq dəniz və hava yolları üzərindədir. Ölkənin paytaxtı Port Luizdir. 

"AzPolitika.info"

Şərhlər

uu 2024-09-13 20:19:01

irade azeri qizi deyil ) onun damarlarinda anasinin qani axir) qordukdee onun munasibetini muharibede

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol