Menu

Gürcülər və osetinlər arasında müharibəyə görə üzr istəmək üçün özümüzdə güc tapacağıq - Bidzina İvanişvili

14.09.2024, 22:20
Gürcülər və osetinlər arasında müharibəyə görə üzr istəmək üçün özümüzdə güc tapacağıq - Bidzina İvanişvili

Gürcüstan hakimiyyəti oktyabrın 26-na təyin edilmiş parlament seçkilərində qalib gəldikdən sonra 2008-ci ildə osetinlərlə gürcülər arasında Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili və onun “Vahid Milli Hərəkat” partiyasının kənardan sifarişlə başlatdığı müharibəyə görə üzr istəməyə özündə güc tapacaq.

APA xəbər verir ki, bunu hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili Qori şəhərində keçirilən seçki mitinqində deyib.

Onun çıxışı Gürcüstan telekanalları tərəfindən yayımlanıb.

Siyasətçi çıxışında təkrar edib ki, Saakaşvilinin partiyasını 2008-ci il müharibəsini başlatdığına görə məsuliyyətə cəlb etmək üçün hakim partiya yeni çağırış parlamentdə konstitusiya çoxluğunu əldə etməlidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol