Menu

“Putin Rusiyası ilə sülh olmayacaq” - Borrel

16.09.2024, 16:09
“Putin Rusiyası ilə sülh olmayacaq” - Borrel

Nə qədər ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi davam edəcək, Rusiya Federasiyası ilə Avropa İttifaqı arasında münasibətlər dəyişməyəcək. 

“AzPolitika” xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell “Euractiv”-ə müsahibəsində deyib.

Sülh razılaşması olacağı təqdirdə Rusiya ilə münasibətlərin yenidən bərpa oluna biləcəyinə dair suala cavab olaraq, Borrell deyib ki, o, “yaxın gələcəkdə Putin Rusiyası ilə sülh sazişi görmür”: “Uzaq gələcəkdə, müharibədən sonrakı şəraitdə Rusiya ilə münasibətlərdə müəyyən dəyişikliklər ola bilər, lakin fakt budur ki, müharibənin davam etməsi ehtimalı var və çətin ki, bu şəraitdə işlər həmişəki kimi aparılsın. Aİ-nin öz qırmızı cizgiləri var”.

O, Beynəlxalq Cinayət Məhkəməsinin Putinə və onun yaxın çevrəsinə qarşı hərbi cinayətlərə görə verdiyi həbs orderlərini xatırladıb və Rusiyanın Ukraynadakı hərəkətlərinə görə məsuliyyət daşımasının vacibliyini vurğulayıb: “Putin açıq şəkildə bildirir ki, öz maksimalist tələblərinə sadiqdir: Ukraynanın fəthi, Ukrayna xalqının tabe edilməsi. Onun bəlkə də Ukraynadan kənarda daha çox ambisiyaları var. O, Rusiya İmperiyasını bərpa etməyə getdikcə daha çox aludə olur”.

“AzPolitika.info”

Şərhlər

Kamil. 2024-09-16 16:20:33

Rəsul Quliyev demişkən,bədbəx səndən onu soruşan olmayacaq,umumiyətlə avropa birli qalacaq yaxşı olar bu haqda düşünəsən.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol