"Bütün müsəlmanlar qardaşdırlar və niyə onlar İslam ölkələrinə rahat səfər etməsinlər?"
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu sözləri İran Prezidenti Məsud Pezeşkian bu gün baş tutan ilk mətbuat konfransında çıxışı zamanı deyib.
O bildirib ki, bütün müsəlmanlar qardaşdırlar. Həmçinin, İslam ölkələri arasında sərhədlərin olmasını qınayıb.
İran prezidentinin sözlərinə görə, müsəlman ölkələri öz iqtisadiyyatını və mədəniyyətini inkişaf etdirməli və bölgədə böyük bir güc olmalıdırlar.
Məsud Pezeşkian vurğulayıb ki, İslam ölkələrindəki müharibələri, döyüşləri bir kənara qoymaq lazımdır.


Şərhlər
İran dörd bir tərəfini o dövləti Xomeyniylə quran ABŞ və Fransanın əmriylə özü-özünə düşmən edib.Əmmamələrinə,əbalarına baxan uşaqlar qorxudan gecələr yata da bilmirlər ki,yuxularına "Əlibaba və 40 quldur"dakı Quleybad hakimi quldurbaşı Həsən girər 40 qulduruyla.Yenə bir gücü,qüvvəti ola,dərd yarıdı.İsrailin əlində əsir-yesir olub,boğazı quruyub qorxusundan,cınqırını çıxammır,acığını bizdən çıxmaq istəyir. Qadam ağzına.