Menu

“Müharibəni Saakaşvili başlayıb...” - Baş nazir

17.09.2024, 18:06
“Müharibəni Saakaşvili başlayıb...” - Baş nazir

Gürcüstanın hazırkı hökuməti 2008-ci ildə Cənubi Osetiyadakı separatçılara qarşı başladılan və Rusiyanın işğalı ilə nəticələnən müharibəyə görə Mixeil Saakaşvilini ittiham edib.

“AzPolitika” xəbər verir ki, Gürcüstanın Baş nazir İrakli Kobaxidzenin dediyinə görə, “Saakaşvili rejimi 2008-ci ildə xarici təzyiq altında Cənubi Osetiya ilə müharibəyə başlayıb".

Bundan əvvəl hakim “Gürcü arzusu” partiyasının təsisçisi Bidzina İvanişvili demişdi ki, oktyabrın 26-na təyin edilmiş parlament seçkilərindən sonra “müharibənin qızışdıranlar mühakimə olunacaq və Gürcüstan osetinlərdən üzr istəməyə güc tapacaq”.

“AzPolitika.info”

Şərhlər

Mubariz 2024-09-18 10:49:35

Bu artıq ağ oldu ,mübarizə aparanda da kişi kimi aparın ,rusa yaltaqlığın xeyri yoxdur ,Saakaşvili rusyanın ərazisinə soxulmuşdu ki ,bizlərin xəbəri yoxdur ? Bizim , Sizin başınıza 90-cı illərdə oyun açanda ,Qarabağı ,Osetiyanı ,Abxaziyanıda Saakaşivilinin üstünə yıxsanız ,Putin medal verəcək

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol