Menu

"Minsk qrupunun fəaliyyətinə son qoyulmalıdır" - Hikmət Hacıyev

18.09.2024, 12:14
"Minsk qrupunun fəaliyyətinə son qoyulmalıdır" - Hikmət Hacıyev

Minsk qrupunun və onunla əlaqədar olan institutların saxlanması cəhdləri Ermənistanın başqa niyyətlərinin olmasından da xəbər verə bilər.

"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Kəlbəcərdə jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, belə bir institut mövcud deyil, hansısa formada fəaliyyətinin mümkünlüyü də reallıqdan tam kənardır:

"Ona görə də Minsk qrupu və onunla əlaqəli institutlarla bağlı fəaliyyətə də tam son qoyulmalıdır. Azərbaycan tərəfi də ATƏT çərçivəsində Ermənistan və Azərbaycanın bununla əlaqədar bigə mövqe nümayiş etdirməsini təklif edib. Amma Minsk qrupunun və onunla əlaqədar olan institutların saxlanması cəhdləri Ermənistanın başqa niyyətlərinin olmasından da xəbər verə bilər. Azərbaycan tərəfindən bu etimad yaradan bir məsələ deyil".

Şərhlər

B.Qarabağlı 2024-09-18 15:13:32

ATƏTin Minsk qrupunun çox faydalı hüquqi əsaslı və gələcək qəti-kəskin nizamlama tədbir-qaydaları faydalı yekun hesabatı ola bilər? Belə ki, tərəflər BMT TŞnın həll qətnamələrinin operativ icrası əvəzinə illərlə hərbi işğal cinayətlərini davam etdirməklə ətraf mühiti də vəhşicəsinə dağıtmaqla, vətəndaşları-ailələri yeni məhrumiyyətlərə məruz ediblər. Onları ən azı Ədalət Məhkəməsi Mühakimə etməlidir!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol