Menu

Kremlin yaxınlığında atışma - İşdə erməni sahibkarın da adı keçir

18.09.2024, 20:22
Kremlin yaxınlığında atışma - İşdə erməni sahibkarın da adı keçir

Xeyli vaxtdır Rusiyanın ən tanınmış şirkətlərindən olan “Wildberries”-in ətrafında mülkiyyət qalmaqalı davam edir. 

“AzPolitika” Rusiya KİV-lərinə istinadla xəbər verir ki, həmin qalmaqal bu gün Moskvada, şirkətin Kremlin yaxınlığındakı baş ofisinin qarşısında silahlı qarşıdurma ilə nəticələnib.

Tatyana Bakalçukun təsis etdiyi “Wildberries” şirkətinin ofisinə onun əri və şirkətin səhmdarı Vladislav Bakalçukun hücum etdiyi bildirilir. T.Bakalçuk daha əvvəl boşanma ərizəsi verdiyi ərini şirkətin ofisini qanunsuz şəkildə ələ keçirmək cəhdində günahlandırıb.

Münaqişə Kremlin yaxınlığında yerləşən “Romanov Dvor” biznes mərkəzində “Wildberries”-in baş ofisində baş verib. Ofisə bir neçə nəfər gəlib və atışma başlayıb. “Mash” kanalı yazır ki, üç nəfər güllə yarası alıb. Bir nəfərin öldüyü bildirilir. Vladislav Bakalçuk “Wildberries”-in “Russ” reklam şirkəti ilə birləşməsinə qarşı çıxıb. İyul ayında o, biznesi idarə etməkdən uzaqlaşdırıldığını bildirib. 

“Russ” şirkəti isə erməni iş adamı Robert Mirzoyana aiddir. Mirzoyanın T.Bakalçukla eşq yaşadığı və bu yolla həmin şirkəti ələ keçirdiyi deyilir. Bu da özünü iki şirkətin birləşdirilməsində göstərir. Lakin V.Bakalçuk buna imkan vermək istəmir. Hətta Çeçenistan başçısı Ramzan Kadırovla görüşərək ondan yardım istəyən V.Bakalçuk arvadının aldadıldığını və birləşmə adı altında biznesinin əlindən alındığını deyib. Kadırov isə onu haqlı çıxararaq, erməni iş adamını ittiham edib. Göründüyü kimi, bütün bu mülkiyyət davası sonda silahlı münaqişə ilə nəticələnib.

“AzPolitika.info” 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol