Etibar Əliyev, 

fəlsəfə üzrə fəlsəfə doktoru, millət vəkili

COP29 Akademiyası mentorluq, peşəkar inkişaf və iş imkanları təklif edən geniş miqyaslı bir layihədir. Proqramın əsas məqsədi iştirakçıların iqlim dəyişmələri və dayanıqlılıq sahəsində yeni biliklərin əldə edilməsi, bu məlumatların həmyaşıdları və ailələri ilə paylaşılmasının təmin edilməsidir. Həmçinin, proqramın əsas hədəflərindən biri davamlı inkişaf və öyrənmə mədəniyyətinin təşviqidir.

Sosial şəbəkələrdə və saytlarda Akademiyanın fəaliyyətində süstlük hiss olunur. Əslində belə olmamalıdır. Mütəxəssislər mühazirələr oxumalı, ciddi diskussiyalar aparılmalı, elmi disputlara geniş yer verilməlidir.

Xollistik düşüncə tərzinə böyük ehtiyac vardır. Azərbaycanda COP29 tədbirinin keçirilməsinə az vaxt qaldığını nəzərə alıb maarifçilik işlərini sürətləndirməliyik. Bu fürsətdən yararlanmaq işində hamımızın üzərinə böyük məsuliyyət düşür. Təklifim nədən ibarətdir?

"Ətraf mühit" adı altında indekslərin təhlili aparılmalıdır. Beynəlxalq ölçümə səviyyəsində bunlar hansılardır:

- Faydalı qazıntıların hasilatının risklərinin qiymətləndirilməsi;

- "Canlı planet" indeksi;

- Ekoloji ləpir;

- Bioloji müxtəliflik indeksi;

- Ətraf mühitin göstəriciləri indeksi;

- Su fəlakəti indeksi;

- Ətraf mühitin dinamikası və vəziyyəti indeksi;

- İqlim analizinin indeksləri;

- İqlim dəyişikliklərinin göstəricilərinin indeksi;

- İqlim risklərinin indeksi.

Dinləyicilərə indekslərin yaranma tarixi, əhəmiyyəti və metodologiyalar barədə müfəssəl elmi məlumatlar verilməlidir.

Bu işdə moderatorluq etməyə hazıram.

İkinci təklifim: İqlim dəyişikləri istiqamətində yazılmış maraqlı elmi kitabların müzakirəsi keçirilməlidir.