Menu

"Bu, kişiyə yaraşan hərəkət deyildi" - Kadırov

20.09.2024, 14:13
"Bu, kişiyə yaraşan hərəkət deyildi" - Kadırov

ABŞ-dən olan milyarder İlon Mask Çeçenistan Prezidenti Ramzan Kadırova hədiyyə etdiyi “Cybertruck” elektrik pikapını uzaqdan söndürüb.

"AzPolitika" xəbər verir ki, bu barədə Kadırov "Telegram" hesabından paylaşım edib.

"Mask çirkin bir şey etdi. O, ürəkdən bahalı hədiyyələr verir, sonra isə onları uzaqdan söndürür. Bu, kişiyə yaraşan hərəkət deyildi. Mən "dəmir atı" ehtiyata almalı oldum. Necə belə oldu İlon? Heç belə edərlər?”, - deyə Kadırov bildirib.

Qeyd edək ki, Mask bir müddət əvvəl Kadırova heç bir elektrokar hədiyyə etmədiyini bildirmişdi.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol