İşğalçı İsrail ordusu dünən gecə ərzində Livanın cənubunaüç yüzdən çox raket atıb.
“AzPolitika” xəbər verir ki, Livanın Səhiyyə Nazirliyi hücumlar nəticəsində 100-ə yaxın insanın öldüyünü və yüzlərlə insanın yaralandığını bildirib.
Bu hücum 2023-cü ilin oktyabrından - İsrail-Livan sərhədində vəziyyətin gərginləşdiyi vaxtdan bəri ən kütləvi hücum olub.
Sentyabrın 22-də bazar günü səhər saatlarında “Hizbullah” İsrailin əvvəlki günlərdə onlarla döyüşçünün və qrupun yüksək rütbəli komandirlərinin ölümünə səbəb olan hücumlarına cavab olaraq 150-yə yaxın raket zərbəsi endirib. Livanın Səhiyyə Nazirliyi bildirib ki, İsrailin təşkil etdiyi mərmi atışları, eləcə də rabitə cihazlarının partlaması nəticəsində qadınlar və uşaqlar ölüb.
“AzPolitika.info”


Şərhlər