“İqtisadi sahədə bu ilin göstəriciləri, hesab edirəm ki, müsbətdir. Səkkiz ayda iqtisadiyyat 4 faizdən çox artıb. Qeyri-neft sektorunda 7 faiz olub”.
“AzPolitika” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında söyləyib.
Son beş il ərzində Azərbaycanda minimum əməkhaqqının 2,7 dəfə, minimum pensiyanın 2,5 dəfə artdığını deyən dövlət başçısı qeyd edib: “Onu da bildirməliyəm ki, artıq göstəriş verildi ki, gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə də artırılacaq”.


Şərhlər
İş ancaq məmurlar və onların yaxınları üçündür. Başqaları nə qədər savaqlı qabiliyyətli olur olsun işə qəbul edilmir. Deməli rüşvətxorların və talançıların maaşı qalxacaq. Hamıya məlumdur ki iş yoxdur. Bəs işləməyən nə yeyəcək. Başqa neft ölkələrində olduğu kimi neftdən də bizə pay yoxdur. Hamısını özünüz bölüb yox edirsiniz