Menu

"Yaralanan və ölənlər arasında azərbaycanlıların olub-olmaması barədə xəbər yoxdur" - XİN

24.09.2024, 12:18
"Yaralanan və ölənlər arasında azərbaycanlıların olub-olmaması barədə xəbər yoxdur" - XİN

Azərbaycanın Livandakı səfirliyi fəaliyyətini davam etdirir.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

O bildirib ki, Livanda ümumiyyətlə qeydiyyatda olan Azərbaycan vətəndaşlarının sayı cüzidir: “Baş verən hadisələrdə yaralanan və ölənlər arasında azərbaycanlıların olub-olmaması barədə xəbər yoxdur”.

Qeyd edək ki, sentyabrın 23-də İsrailin Ordusu paytaxt Beyrut daxil olmaqla Livana hava hücumları həyata keçirib. Nəticədə ölənlərin sayı 492-yə çatıb, azı 1645 nəfər xəsarət alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol